“Moskva delimitasiya üçün nümayəndə heyətlərinin yaradılmasını gözləyir”


Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması üçün Bakı və İrəvandan tezliklə nümayəndə heyətlərinin yaradılmasını gözləyir.


“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

“Bu il noyabrın 26-da Soçidə razılaşdırıldığı kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işlər aparmaq vacibdir. Biz həmçinin, ən qısa zamanda komissiyanın tərkibində milli nümayəndə heyətlərinin formalaşmasını gözləyirik”, - deyə Zaxarova bildirib. O Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin davam etdiyini vurğulayaraq, Rusiya , Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən sonra əldə olunan razılaşmaların ölkələrin regionda vəziyyətin normallaşması istiqamətində irəliləməyə hazır olduğunu təsdiqlədiyini bildirib:

“Ən yüksək səviyyədə Soçi razılaşmaları Azərbaycan və Ermənistan rəhbərliyinin normallaşma üçün gələcək addımlar atmağa hazır olduğunun təsdiqi oldu. Biz həm Bakı, həm də İrəvanla təmaslarda onların ardıcıl icrası üzərində işləyirik. O cümlədən sərhəd mübahisələrinin nizamlanması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində çalışırq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu