Bakı metrosunda qatarlar yenə gecikib




Bakı metrosunda qatarların hərəkət intervalında gecikmə olub.



Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisəyə səbəb sərnişinlərin sayının çoxluğu olub: “Bu gün səhər saatlarında bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyyə gecikməsinə səbəb olur.

Qatar stansiyadan gec çıxdığı üçün tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır. Nəticədə, bəzi stansiyalarda interval 4-5, “İçərişəhər” və “20 Yanvar” stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın normaya salınması üçün işlər görülür”.

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu