Latviya və Estoniyada fövqəladə vəziyyət elan edildi




Avropanın daha iki ölkəsi - Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, məlumatı “Deutsche Welle” yayıb.

Bildirilib ki, Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək.

Məlumata görə, bu müddət uzadıla bilər. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssislərində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.

Estoniyada Tallinn-Stokholm-Tallinn istiqaməti üzrə bilet satışı da dayandırılıb. Mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub.

Bu gün səhər saatlarına olan məlumata əsasən, Latviyada 16 nəfər, Estoniyada isə 27 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu