Qənirə Paşayeva Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, respublikamızda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



Görüşdə əbədi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına vurğu edilib, qardaşlıq bağlarının möhkəmlənməsində ziyalıların, elm və mədəniyyət xadimlərinin rolundan danışılıb. Dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın titanik səyləri nəticəsində dövlətlərarası münasibətlərimizin yüksək örnək səviyyəsinə çatdığı minnətdarlıqla qeyd edilib.

Qeyd olunub ki, müzəffər Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etməsi xilaskarlıq hərəkatı, tarixi ədalətin bərpasıdır. 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsi günlərində, eləcə də, müharibədən öncə və sonrakı dövrdə Türkiyənin Azərbaycana əvəzsiz mənəvi və siyasi dəstəyi qardaşlıq tariximizin qızıl səhifələrini təşkil edir.

Görüşdə Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın 20 Azərbaycanlı şəhid ailəsi üzvünə təqaüd ayırmaq barədə qərar qəbul etdiklərini bildirib. Qənirə Paşayeva bu qərara görə çox təşəkkür edib. Türkiyə dövləti və türk xalqının Azərbaycan şəhidlərini öz şəhidlərindən heç zaman ayrımadığını, Nişantaşı Universiteti qərarının da bunun bariz təsdiqi olduğunu söyləyib.

Qənirə Paşayevanı rektor Şenay Yalçının Türkiyə-Azərbaycan ortaq tarix bilinci mövzusunda virtual konfrans keçirmək və konfransda məruzə ilə çıxış etmək təklifini məmnuniyyətlə qəbul edib, konfransda Qarabağdakı ortaq mədəni irsimiz haqqında müzakirə aparmağı təklif edib.

Qeyd edək ki, məşhur alim Şenay Yalçının ölkəmizə səfərə gəlməsi qardaş ölkənin Azərbaycana dəstəyinin növbəti təcallası kimi qiymətləndirmək olar. Universitet dəfələrlə, respublikamızın dinc əhalisini hədəf alan Ermənistan raket hücumlarını pisləyən Açıqlamalar yayıb; təsadüfi deyil ki bu səfər müddətində də məhz Gəncədə dağılmış ərazilərə baş çəkib, düşmən vəhşiliyi ilə yerində tanış olublar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu