Qənirə Paşayeva Qazaxıstanın "Birlik" və "Üstün xidmətlər" medalı ilə təltif olunub
Medalı Komitə sədrinə Fərabi adına Qazax Dövlət Universitetinin rektoru Prof.Dr. Canseyt Tuimebayev təqdim edib.
Qeyd edək ki, rektor həmçinin universitetin “Üstün xidmətlər” medalını Q.Paşayevaya təqdim edib.
Komitə sədri Qazaxıstan Xalq Assambleyasına və Qazaxıstanın ən böyük universiteti olan – dünyanın nüfuzlu universitetlərindən sayılan Fərabi Universitetinin rəhbərliyinə və kollektivinə yüksək təltif və etimad üçün təşəkkürünü bildirib. O, hər iki prezidentlər İlham Əliyevlə Kasım-Jomart Tokayevin qardaş ölkələrimizin birliyinin gücləndirilməsi istiqamətində gördüyü işləri hər bir vətəndaş üçün, özəlliklə aydınlar üçün örnək adlandırıb. Qardaşlıq bağlarının gücləndirilməsində aydınların üsərinə düşən mənəvi vəzifərələdən danışan Q.Paşayeva, bundan sonra da əməkdaşlığımızın gücləndirilməsi üçün səylərimizi birləşdirməyin vacib olduğunu bildirib.
Komitə sədri Q.Paşayeva Prof.Dr. Canseyt Tuimebayevə Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin gözəlliklərinin əks olunduğu dekorativ tətbiqi sənət əsəri bağışlayıb və onu Şuşaya səfərə dəvət edib.