Qənirə Paşayeva Türkiyədən olan ictimai liderlərlə görüşüb


MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyədən gəlmiş ictimai liderlərlə görüşüb.


Q.Paşayeva bu görüşün 15 sentyabr - Bakının Qurtuluşunun 105-ci ildönümündə keçirilməsini təsadüf yox, təvafüqlük kimi xarakterizə edib. O, imzası və fəal ictimai mövqeyi hər iki qardaş ölkədə yaxşı bilinən Səfər Qaraqoyunlu başda olmaqla, Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət İctimai Birliyinin (Türkiye Azerbaycan Dayanışma ve Kültür Derneği; TADKD) rəhbər şəxslərini bu anlamlı gündə Bakıda salamlamaqdan şad olduğunu deyib.
TADKD-in uzunmüddətli, səmərəli çalışmalarını təqdirlə vurğulayan Q.Paşayeva, bunu “Bir millət, iki dövlət” formulunun, “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun çalışmalar olaraq xarakterizə edib.
Q.Paşayeva ölkələrarası, o cümlədən regionlar və ictimai birliklər arasındakı əlaqələrin getdikcə daha da artan dinamikasını məmnuniyyətlə qeyd edib:
“Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yüksək səmimiyyətli qardaşlıq və dostluğu xalqlarımızın əvəzsiz qardaşlıq-dostluğunun çağdaş dönəmdəki ən gözəl zirvə hadisəsini ifadə edir. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimiz, möhtəşəm “Şuşa Bəyannaməsi” dediklərimizi parlaq şəkildə təsdiq edir. Aydınların, onları birləşdirən qurumların da əsas missiyası bu örnəkləri təbliğ, tərənnüm etmək, ideyalarla çıxış etməkdir.
Bir daha xoş gəlmisiniz! Bir vətəninizdən o biri vətəninizə gəlmisiz və təbii ki, burada qonaq sayılmırsız. Uğurlar!”

S.Qaraqoyunlu görüşə və TADKD fəaliyyətinə verdiyi yüksək qiymətə görə Komitə sədrinə təşəkkür edib.
“NƏFƏS” İctimai Birliyinin “HÜNƏR Qrup”da yerləşən qərargahında baş tutan görüşdə Firəngiz Balakişiyeva da iştirak edib.
Sonda qarşılıqlı olaraq, xatirə hədiyyələri bağışlanıb, xatirə şəkli çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu