Uşaqlarda daha çox hansı ürək xəstəliklərinə rast gəlinir?


“Uşaqlarda daha çox ürək xəstəlikləri aşağıdakı qrupları - anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri; aritmiya əhatə edir”.


Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev nazirliyin sosial şəbəkələrdəki hesablarına ürək-damar xəstəlikləri ilə bağlı gələn sualları cavablandırarkən deyib.

Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır:

“Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir.

Bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsadüf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyəcanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır. Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu