Az da olanda şükür edirəm, çox da olanda – usta ilə söhbət


Şükranlıq bərəkətdir deyirlər. Bir insan yaşadıqları üçün nə qədər şükür oxuyarsa o qədər bərəkət sahibi olar. Elə insanlar var ki, dar günü üçün də şükür oxumağı bacarır. Çörəyi min bir əziyyətlə gördüyü işdən çıxan Elşən usta kimi.



Elşən Tahirov qubalıdır. Quba-Qusar ərazisində tikinti sahəsində çalışır. 15 ildən çoxdur suvaqçılıq edərək ailəsini dolandırır: “Az olanda az olur, çox olanda çox. Bəzən xeyli müddət işsiz qalıram, bəzən də bir neçə iş birdən çıxır. Az olanda da şükür deyirəm, çox olanda da”.
Tikiti sahəsində hörgüdən başqa bütün işlərə marağı olduğunu deyən Elşən usta bildirir ki, hər iş əlindən gəlir: “Əsasən suvaq işi ilə məşğul oluram. Amma dediyim kimi, bütün işləri bacarıram. Özü də maşallah olsun, bu tərəflərdə insanlar əsasən Avropa üslubuna üstünlük verirlər. Çox az hallarda sifarişlər sadə üsulla olur. Avropa üsulu da bildiyiniz kimi daha çətin və daha məsuliyyətlidir. Bu işi gərək elə görəsən ki, səndən sonrakı ustaya əlavə problem yaratmayasan. Çox şükür, bu günə kimi hələ heç kim işimdən narazı qalmayıb. Əksinə, elə vaxt olub ki, mənim əlimdəki işin bitməsini gözləyib öz işlərini ləngidiblər”.
E.Tahirov övladlarının hərtərəfli böyüməsi üçün əlindən gələni edir. Oğlu idmana meyilli olduğundan onun bu sahə ilə məşğul olmasına şərait yaradıb. Hətta bir neçə yerli əhəmiyyətli güləş yarışında iştirak edən oğlunun qalibiyyətləri də olub. Lakin bu ilin əvvəlindən etibarən yayılan koronavirus pandemiyası səbəbilə karantin rejiminin tətbiq edilməsi oğlunun bir müddətdir idmandan kənarda qalmasına səbəb olub: “Karantindir deyə idman zalları işləmir. O səbəbdən oğlum da məcburən yarımçıq qoymalı olub məşqləri. İnanıram ki, həyat öz axarına düşəndən sonra o da davam edərək nailiyyətlər qazanacaq”.
Elşən usta Norm Ustalar Klubu layihəsi barədə də yüksək fikirdədir. Onun sözlərinə görə klubda təmsil olunması ona xeyli üstünlük qazandırır: “Buradakı müzakirələr, birgə fəaliyyət göstərməyimiz çox uğurlu olur bizlər üçün. Layihə müəlliflərinə dərin minnətdarlığımı bildirirəm”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu