Çin "iPhone"u qadağan etdi


Çin hökumət qurumlarına "Apple" şirkətinin "iPhone" və digər xarici markalı cihazlarını biznes məqsədləri üçün istifadə etməyi və bu cihazların ofisə gətirilməsini qadağan edib.


"Wall Street Journal"ın məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi məlumata görə, "iPhone" və digər xarici markalı cihazlardan istifadəyə qadağa son həftələrdə yüksək səviyyəli menecerlər tərəfindən işçilərə qoyulub.

"Apple"dan başqa digər telefon istehsalçılarının adları xəbərlərdə yer almayıb.

Qadağa qərarı "Apple"ın gələn həftə "iPhone"ların yeni modellərinin təqdim ediləcəyi tədbirdən əvvəl qəbul edilib. Bu qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətləri narahat edə bilər.

Son illərdə Çin məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdıqca şirkətlər üçün yeni qanunlar və qaydalar qəbul etməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu