Putin Paşinyanla Laçın yolunu müzakirə etdi


Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Baş tutan telefon danışığı ilə bağlı Kreml də açıqlama yayıb. Qeyd edilir ki, Rusiya Prezidenti üçtərəfli razılaşmalara ciddi əməl olunmasının vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu