NATO Ukrayna ətrafında Rusiyanın hərbi fəaliyyətindən narahatdır


Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.



APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

Telefon danışığı zamanı NATO Baş katibi Ukraynada və onun ətrafında Rusiyanın hərbi fəaliyyətlərindən və davam edən atəşkəs pozuntusundan ciddi narahatlığını ifadə edib.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz yaxın tərəfdaşlığımıza sadiq qalırıq”, - deyə Y. Stoltenberq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu