Stoltenberq: “NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir"


“Mən Rusiyanın Ukraynadakı Donetsk və Luqanskı tanımasını qınayıram”.


Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni gərginləşdirməyi dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, - deyə o, bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu