Nəsir Əhmədli vəfat etdi


Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib.


AFN.az xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib.

Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış tanınmış publisist bu gün doğulduğu Tovuz rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.

Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu