"BakuBus"lar qarajda saxlanılır - Niyə xəttə buraxılmır? - RƏSMİ CAVAB


"Bu, qrafikdən yayınma halı deyil, bu, qrafiklərə əməl olunmasının mümkünsüzlüyü halıdır".



AFN xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan BNA İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov bildirib.

"Ötən il bağlanmış müqavilə çərçivəsində 320 yeni avtobus ölkəyə idxal olunub. Bu sahəyə dövlətin dəstəyinin növbəti addımı idi. Görüntülərdəki avtobusların bir qismi yeni alınmış avtobuslardır. Avtobuslar idxaldan sonra istismara hazırlıq dövrünü keçməlidir.

Xəttə çıxan avtobusların sayında çatışmazlıq var. Biz bunu gizlətmirik. Lakin göstərilən həcmdə deyil.

Bu dəqiqə 2 minə yaxın avtobus şəbəkə üzrə marşrutların hərəkətini təmin etməyə kifayət edir. Amma həmin qrafikdən kənarlaşmalar da var", - deyə BNA rəsmisi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu