Covid-19-dan ölənlərlə bağlı ŞOK İDDİA: beyinlərində virus aşkarlandı!


Covid-19 səbəbiylə həyatını itirənlərin cəsədləri üzərində aparılan araşdırmalarda virusun beyinə də keçdiyi üzə çıxıb.


AFN.az xəbər verir ki, belə bir iddia ilə ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçıları çıxış ediblər. Tədqiqatçılar yan xəstəlikləri olan və Covid-19 səbəbiylə ölən orta yaşı 62,5 olan 44 nəfərin yarılma nəticələrini araşdırıblar. 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər Covid-19-a qarşı peyvənd olunmayan bu şəxslərin meyitləri üzərində araşdırmalar aparılıb. Meyitlərdən götürülmüş qan nümunələrini araşdıran tədqiqatçılar 38 cəsədin qan plazmasında Covid-19-a səbəb olan SARS-CoV-2 virusunu aşkar ediblər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 3 cəsədin qan plazmasında SARS-CoV-2 aşkar edilməyib, qalan 3 cəsədin isə qan plazması yoxdur. Digər tərəfdən, tədqiqatçılar cəsədlərin müxtəlif hissələrində və ya mayelərində RNT aşkar ediblər. SARS-CoV-2 RNT hipotalamusda, beyincikdə, onurğa beynində və bazal qanqliyada tapılıb.

Araşdırmada cəsədlərdən 11-nin sinir sistemi toxumalarından geniş nümunələr götürülüb. SARS-CoV-2 RNT bədənlərdən birində hipotalamus və beyincikdə, hər ikisində isə onurğa beyni və bazal qanqliyada aşkar edilib. Digər tərəfdən, tapılan SARS-CoV-2 RNT-lərinin beyinə verdiyi zərərin "daha az" olduğu qənaətinə gəlinib. Bu arada araşdırmada Covid-19-un ilk olaraq tənəffüs yollarını və ağciyər toxumasını zədələdiyi də təsdiqlənib.

Tədqiqatçılar, Covid-19 simptomlarının ilk iki həftəsində virusun nəfəs alma ilə əlaqəli olmayan bir çox bölgədə çoxaldığını bildiriblər. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu