Milli parkların ərazisində qaydaları pozan şəxslər cəzalandırılıb


Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxs saxlanılıb.


AFN.az-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Emil Əsgərov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

“Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın ərazisində mühafizə rejimini pozan Masallı rayon sakini Müqəddəs Şahbazov saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu