Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib


Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.

"Report" xəbər verir ki, Orxan Əsgərov sabah ll Şəhidlər Xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu