Məşhur həkimin həyat yoldaşı ölümdən döndü: səbəb haqda XƏBƏRDARLIQ


Tanınmış pediatr Aytən İsmayılzadənin həyat yoldaşı antibiotikdən şok keçirib.


AFN.az xəbər verir ki, bu barədə A.İsmayılzadə özü bildirib. Onun sözlərinə görə, antibiotik vurduran həyat yoldaşı ona zəng edərək özünü pis hiss etdiyini deyib: "Yoldaşım zəng etdi ki, bir az əvvəl antibiotik vurdurdum, indi özümü yaxşı hiss etmirəm, boğulma hissi, sinəmdə sıxılma, bədənimdə iynəbatma, göynədici qaşınma var, gözlərim yaşarır, üzüm, əllərim şişir. Tez aptekdən 2 prednizalon, 1 suprastin alıb venaya vurdurmasını dedim. Yaxında aptek varmış. Düşündüm ki, vəziyyətini görüb ordaca venadaxili infuziya edərlər, əlbəttə, bacarırlarsa. Amma etmədilər. Özüm də danışdım ki, özüm həkiməm, narahat olnayın, bu iynədən pis bir şey olmayacaq, vəziyyətdən çıxması üçün indi vaxt itirmədən vacibdir. Xanım dedi yox ki, yox, aptekdə iynə vurmağa icazə yoxdur, vura bilmərəm. Yəni xanım işindən qorxdu əlbəttə. Çunk ona belə tapşırılıb. Ancaq cəmiyyətdə işinə görə narahat olduğu qədər insan həyatına görə də narahat olan üzvlər olsa daha yaxşı olar".
A.İsmayılzadə həyat yoldaşına yaxınlıqdakı xəstəxanaya getməyi məsləhət görüb. Xoşbəxtlikdən qarşı tərəf tək olmayıb, yanında olan dostunun köməyilə yaxınlıqdakı poliklinikaya gedib. Burada ona iynələr vurulub və vəziyyəti düzəlib: "Anafilaktik şok tez, sürətli inkişaf edə bildiyi kimi, bir müddət sonra da kəskin şəkildə özünü göstərə bilər. Demək istədiyim budur ki, apteklərdə iynə vurulmasına ona görə icazə yoxdur ki, reaksiyalar ola bilər. Ancaq bu cür hal istisna olmalıdı. Bu, özü reaksiyadır elə, "icazə yoxdur" deyib göndərmək "get, öl" deməkdir. Çunki zaman itirmək olmaz. Həm də yaxınlıqda təcili yardım stansiyası da var imiş. Onu da aptekdəkilər bilməli və deməli idilər".
Həkim məsləhət görür ki, hər kəs venadaxili inyeksiyanı bilməsi lazimdır. Çünki şok getdikcə təzyiqin kəskin enməsi, huşun itməsi, ölüm ilə nəticələnə bilər. Əgər ilk yardımdan sonra əlamətlər keçməsə, mütləq xəstəxanaya müraciət etmək lazımdır. Məsələnin digər tərəfi isə daha qorxuncdur. A.İsmayılzadənin sözlərinə görə, həyat yoldaşında şok verən antibiotik (seftiakson) əvvəllər ona vurulmuş olub: "Yəni bədəni götürən antibiotik idi. Sadəcə bu dəfə eyni tərkib başqa firma olub. Ola bilər ki, heç flakonda həmin seftriakson molekulu olmaylb. Bunu araşdırmaq lazim. Siz yenə də hər ehtima, antibiotik kursuna sınaq ilə başlayln. Əvvəl vurulmuş olsa da".
Həkimin sosial şəbəkə hesabında yazdığı bu məlumatı bir çox istifadəçilər təsdiqləyiblər. Bildirilib ki, son vaxtlar vurulan antibiotiklərin əksəriyyəti eyni tərkib deyilsə də, şok verir.
Mövzunu davam etdirəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu