Ölənlər arasında azərbaycanlının olduğu deyilir - YENİLƏNİB


Azərbaycanın Xarici İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, terrorda ölənlər arasında azərbaycanlıların olması ehtimalı araşdırılır: “Hazırda araşdırma aparılır. Siyahı ilə bağlı məlumatımız var. Dəqiqləşən kimi məlumat veriləcək”.

***

Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktı nəticəsində ölənlərin ilkin siyahısını açıqlayıb.


“Qafqazinfo” xəbər verir ki, siyahıda azərbaycanlı olması ehtimal edilən 1983-cü il təvəllüdlü “Hüseynov Vüqar oğlu” da var. Siyahıda həmin şəxsin ad və ya ata adının qeyd edilməməsi, məlumatın yarımçıq olması diqqəti cəlb edib.

Hazırda dəqiqləşdirmələr davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu