36 aylıq layihə bitdi: “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi”




“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 30 mart 2019-ci ildə Bakı şəhərində QHT və media nümayəndələrinin iştirakilə “Layihənin nəticələri, naliyyətlər və həllini gözləyən məsələlər” mövzusunda “dəyirmi masa” keçirilib.



Cebhe.info xəbər verir ki, tədbirdə layihənin icra edildiyi 36 ay müddətində görülən işlərə ümumi baxış olub .

Tədbirdə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin sədri layihənin fəaliyyətləri haqqında ümumi məlumat verib. Həyata keçirilən tədbirlər haqqında Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əlməməd Nuriyev və Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov çıxış edərək layihə və onun Vətəndaş Cəmiyyəti üçün müsbət nəticələri haqqında çıxış edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu