Baş redaktor: “Rəhbərlik etdiyim saytda Sərdar Cəlaloğlunun adından gedən yazı təxribatdır”




“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzətə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.



V.Məmmədov açıqlamasında deyib ki, sayt haker hücumuna məruz qalıb.

O bildirib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”.

Xatırlatma: Hurriyyet.org saytında Sərdar Cəlaloğlunun adından yazılıb ki, partiya sədri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovdan tapşırıq alırmış.

Qeyd: qəzetin baş redaktoru ADP sədri Sərdar Cəlaloğlunun bacısıoğludur. (Pravda.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu