Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB




Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.


Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

***00:08

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu