Məzahir Pənahovun qardaşı, Ramil Usubovun qudası vəzifədən alındı




Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.



Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, Y.İldırımzadə keçmiş daxili işlər naziri Ramil Usubovun qudası, E.Pənahov isə Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahovun qardaşıdır. (Sabah.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu