Arzu Nağıyev: Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik




Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik, 2 nəfər mülki vətəndaşımız da müharibə şəraiti ilə bağlı dünyasını dəyişib.



Trend-in məlumatına görə, bunu hazırda Tovuzda olan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

"Türk media qrumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb"- deyə millət vəkili qeyd edib.

A.Nağıyev bildirib ki, qəhrəmancasına həlak olan bir neçə şəhidin dəfn mərasimində iştirak etdim, onların fədakarlıqları heç zaman unudlmayacaq: "Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür,erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu