Tbilisi epidemiya ocağına çevrilib


Gürcüstanın paytaxtı Tbilisidə epidemiya başlayandan koronavirusa sutkalıq yoluxma sayı ilk dəfə olaraq mini ötüb.



“Report”un yerli bürosu xəbər verir ki, bir gündə şəhərdə 1 044 yeni yoluxma halı aşkarlanıb.

Son sutkada bölgələr üzrə koronavirusa ən yüksək yoluxma göstəricisi İmereti (526) və Acarıstanda (503) qeydə alınıb.

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartlidə də yoluxma hallarında artım müşahidə olunur. Bölgədə son 24 saat ərzində daha 207 nəfərə COVID-19 diaqnozu qoyulub. Günlük müqayisədə yoluxma sayı 146 hal artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu