Tələbə təhsil kreditinin qaytarılma prosedurunda boşluqlar var - EKSPERT


"Tələbə təhsil kreditinin hamıya şamil olunmayan tərəfləri var”.


Bunu təhsil eksperti Məzahir Məmmədli 2021/2022-ci tədris ili üçün tələbə təhsil krediti üzrə 5678 nəfərin müraciətindən danışarkən deyib. Məzahir Məmmədli tələbə təhsil kreditinin iki növü olduğunu vurğulayıb:

"Biri sosial, digəri standart. Sosial kreditdə əvvəlcədən də nəzərdə tutulduğu kimi əlilliyi və sosial vəziyyəti ağır olanlar, valideynlərini itirənlər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanların övladları və s. bu kimi adamlara şamil olunur. Standart təhsil tələbə krediti artıq müəyyən kriteriyalarla müəyyənləşir. Bunun hamıya şamil olunmayan tərəfləri var. İlk təhsil alanlar üçün məsələ bir az fərqlidir. Yeni qaydalara görə, bakalavrlar ilk semestr üçün 300 balı keçənlərə, magistlər üçün bu hardasa 50-ni ötəndən sonra şamil oluna biləcək. Az bal yığan birinci kurs tələbələri, magistlər bu imkandan yararlana bilməyəcək. Bakalavrlara kredit 14-21, magistlər üçün isə 12-18 illiyinə verilir”.

Məzahir Məmmədlinin fikirincə, kreditin qaytarılma prosedurunda da müəyyən problemlər var:

"Onun qaytarılması mexanizmi var ki, bakalavr ya magistri bitirib hərbi xidmətə getdisə, onun möhlət hüququ var. Amma hərbi xidmətdən qayıdandan sonra onlar iş tapa bilmədisə, krediti necə qaytaracaq deyə bir müxanizm hazırlanmayıb. Bu, bir qədər kredit alanları düşündürür və onların kredit almalarına problemlər yaradır”.

Ekspert hesab edib ki, statistikada sistemə daxil olanların sayı ilə müraciət edənlərin sayının fərqli olduğu görünür:

"Hətta tələbə olmayanlar belə sistemə daxil olublar. Tələbələr üçün ayrılan kredit növü bir qədər fərqlidir. Yəni, çox az faiz göstərilir deyə bəlkə də digər tələbələr məlumatsızlıqdan ora daxil olublar. Statistik göstərici var, tələbə olanların semestr balı 70-dən yuxarı olmalıdır. Bu indiki tədrislə çətin ayaqlaşır. Çünki az təminatlı ailələrin əksəriyyətinin bu kreditdən yararlanmağa ehtiyacı var deyə onların da qalma, oxuma şəraiti çox çətinliklə idarə olunur. Bu səbəbdən onlar 70 balı toplaya bilmirlər”.

Qeyd edək ki, təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb. 2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib.

Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayevin sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb: "Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".

Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu