HƏMAS Qəzzada atəşkəslə bağlı təklifə cavab verib

Fələstinin HƏMAS hərəkatı vasitəçilərin Qəzza zolağında atəşkəslə bağlı son təklifinə cavab verib.
AFN.az xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında açıqlama yayılıb.
Bildirilir ki, HƏMAS vasitəçilərə öz cavabını verib. "Hərəkat müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazırdır”, - deyə hərəkat öz Telegram kanallarında dərc etdikləri bəyanatda bildiriblər.
Cavabın müsbət olduğu bildirilsə də, təfərrüatlar açıqlanmayıb.