Ermənistanın Azərbaycana vurduğu zərər 150 milyard dollar qiymətləndirilib - Prezident açıqladı

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra beynəlxalq ekspertlər çağıraraq dəyən zərərin hesablanmasını həyata keçirib. Hesablamalara görə, Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub.
AFN.az xəbər verir ki, bu haqda məlumat Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışında əksini tapıb.