İlham Əliyev və Ərdoğan Xankəndidə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AFN.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.
Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaqdır.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.
Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.