Ermənistan Rusiyaya nota verdi


Ermənistan Rusiyaya nota verib.



APA xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib. Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.



Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.



Eyni zamanda, Rusiya mediasında Ermənistan hökumətinə qarşı açıq-aşkar dost olmayan təbliğata qəti etiraz ifadə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu