Havanın çirklənməsi süni mayalanmada müvəffəqiyyət şansını azaldır


Yeni bir araşdırma göstərir ki, havanın çirklənməsi süni mayalanma vasitəsil doğum ehtimalını təxminən 40 faiz azalda bilər.


Süni mayalanma dərman və cərrahi müdaxilədən istifadə edərək yumurtanın orqanizmdən kənarda döllənməsini və mayalanmış yumurtanın qadının rəhminə yerləşdirilməsini nəzərdə tutan köməkçi reproduktiv texnologiyadır.

Tədqiqatçılar Avstraliyanın Pert şəhərində hava çirkliliyinin 8 il ərzində təxminən 3600 dondurulmuş embrionun köçürülməsinə təsirini təhlil ediblər. Onlar süni mayalanma üçün yumurtaların toplanmasından iki həftə əvvəl incə hissəciklərə məruz qalmaya diqqət yetiriblər və canlı doğum ehtimalının 38 faiz azaldığını müşahidə ediblər.

"Bu, çirkləndiricilərə məruz qalmanın yumurtaların inkişafına, embrionun köçürülməsi zamanı və erkən hamiləlikdə təsirini ayrıca ölçmək üçün dondurulmuş embrion transfer dövrlərindən istifadə edən ilk araşdırmadır. Beləliklə, biz çirklənmənin yumurtaların özlərinə və ya erkən hamiləlikdə təsir göstərdiyini araşdıra bildik" - deyə tədqiqatın aparıcı müəllifi Sebastian Leathersiç bildirib.

Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqat dövründə havanın keyfiyyəti ümumilikdə “əla” olsa da, havanın çirklənməsinin mənfi təsiri müşahidə olunub.

“Dünyanın müstəsna hava keyfiyyətinə malik bir hissəsində, beynəlxalq səviyyədə qəbul edilmiş çirklənmə hədlərinin cəmi bir neçə gün ərzində aşıldığı bir yerdə belə, havanın çirklənməsinin miqdarı ilə dondurulmuş embrion köçürmələri üçün diri doğum nisbətləri arasında güclü mənfi korrelyasiya var” - deyə mütəxəssis qeyd edib.

“Human Reproduction” akademik jurnalında dərc olunan yeni araşdırma havanın çirklənməsinin reproduktiv sağlamlıq üçün yaratdığı riskləri vurğulayır.

"İqlim dəyişikliyi və çirklənmə artıq insan sağlamlığı üçün ən böyük təhdiddir və insanların çoxalması immunitetə ​​malik deyil. Çirkləndiricilərə məruz qalmanın minimuma endirilməsi ictimai sağlamlığın əsas prioriteti olmalıdır", - deyə tədqiqatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu