Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə hazırlaşır


Avropa Parlamenti Rusiyanın dondurulmuş aktivlərinin təcili müsadirəsinə çağıran yeni qətnamə layihəsi hazırlayıb.



AFN.az xəbər verir ki, sənəd Avropa Parlamentinin rəsmi saytında dərc olunub. Qətnamənin səsverməsi gələn həftə Strasburqda keçiriləcək Avropa Parlamenti sessiyasında baş tutacaq. Sessiyada həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı COVID-19 peyvəndlərinin alınması zamanı korrupsiya ilə bağlı etimadsızlıq votumunun keçirilməsi də planlaşdırılır.



Qətnamənin müəllifləri Aİ ölkələrinə çağırış edərək Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin təcili qəbul edilməsini və Rusiya sənaye sektoruna qarşı yeni məhdudiyyətlərin tətbiq olunmasını istəyirlər.



Onlar, həmçinin Rusiyanın dondurulmuş maliyyə aktivlərinin xüsusi bir qurumun idarəsinə təcili verilməsinə çağırır, bununla da həmin vəsaitlərin (Macarıstan və Slovakiya tərəfindən – red.) Avropa İttifaqı Şurasında veto hüququndan silah kimi istifadə etməsinin qarşısının alınması və bu aktivlərin Ukraynaya bərpa ehtiyacları üçün kredit formasında təqdim olunması mümkün olacaq.



"Veto hüququndan silah kimi istifadə etmək" ifadəsi ilə Macarıstan və Slovakiyanın hər altı aydan bir Rusiyaya qarşı sanksiyaların Avropa İttifaqı Şurasında uzadılması zamanı öz maraqlarına uyğun müxtəlif güzəştlər tələb etməsi nəzərdə tutulur. Qeyd edək ki, sanksiyaların uzadılması üçün Aİ-yə üzv 27 ölkənin yekdil razılığı tələb olunur. Bu səbəbdən nəzəri cəhətdən, əgər Aİ-yə üzv ölkələrdən biri sanksiyaların vaxtında uzadılmasına qarşı çıxarsa, Rusiya aktivləri hüquqi baxımdan blokdan çıxarıla bilər. Lakin Avropa Komissiyası bunun qarşısını almaq üçün maliyyə tənzimləyicisi olaraq texniki səviyyədə bütün imkanlarından istifadə edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu