Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanınmamağa çağırıb


Avropa Parlamenti Avropa İttifaqına Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkilərini tanımamağı tövsiyə edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Strasburqda keçirilən sessiyada qəbul edilmiş qətnamədə öz əksini tapıb.

Bu qətnamənin lehinə 429 deputat, əleyhinə 205 deputat səs verib, daha 23 deputat bitərəf qalıb.

Avropa Parlamentinin deputatları həmçinin Belarus hakimiyyətini insan hüquqlarını pozmaqda ittiham edərək ona qarşı sanksiyaların artırılmasına çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu