Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək


Moldova parlamenti oktyabrın 20-də prezident seçkiləri və Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsinə razılıq verib.



Moldovada seçicilər konstitusiyaya “Avropa İttifaqına inteqrasiya Moldova Respublikasının strateji məqsədidir” əlavə edilməsi təklifinə aydınlıq gətirmək üçün səs verəcək. Mövzu ilə bağlı təklif bu gün 101 yerlik parlamentdə 56 deputatın səsi ilə qəbul edilib. Rusiyayönlü partiyalardan olan bir çox deputat səsverməni boykot etsə də, 4 deputat əleyhinə səs verib.

Avropa Şurası ötən ilin dekabrında Ukrayna ilə birlikdə Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Moldovanın Aİ tərəfdarı prezidenti Maya Sandu Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və keçmiş Sovet respublikası olan Moldovanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün addımlar atıb. Sandu martda Rusiya təhlükəsinə qarşı Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi də imzalayıb.

Rusiyayönlü müxalifət partiyaları Sandunun Avropa Birliyinə inteqrasiya siyasətini dəstəkləmir. Müxaliflər iddia edirlər ki, Sandunun Aİ referendumunu prezident seçkiləri ilə eyni gündə keçirməsi onun seçilmək şansını artırmaq məqsədi daşıyır. Müxalifət partiyaları Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını və referendumun təxirə salınmasını tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu