Cənubi Koreya: Şimalla birləşmə yüz ildən sonra da olsa, mümkündür

Cənubi Koreya Prezidenti Koreya Xalq Demokratik Respublikası ilə "yüz illər sonra belə olsa" birləşmənin mümkünlüyünü istisna etməyib.
AFN.az-ın xəbərinə görə, Cənubi Koreya Respublikasının Prezidenti Li Cae Myon bəyan edib ki, ölkə dinc birləşməyə çalışmalıdır və əgər milli birliyə sadiqlik qorunub saxlanılarsa, Cənub və Şimal yüz illər sonra belə birləşə bilərlər.
“Axı bizim Konstitusiyamızda da yazılıb: biz dinc birləşməyə çalışırıq, udmağa yox. Axı kim istəyər ki, udulsun?” – deyə prezident mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “udmaq” cəhdləri “böyük itkilərə” səbəb ola bilər. “İmkan daxilində bir-birinin mövcudluğunu tanımaq və qarşılıqlı faydalı yol tutmaq lazımdır”, – deyə Li Cae Myon əlavə edib.
“1953-cü il müharibəsindən 80 il keçib. Tarix baxımından bu o qədər də uzun müddət deyil. Çünki biz bir neçə yüz ildən sonra belə birləşə bilərik – əgər tədricən milli eyniliyi bərpa etsək,” – deyə o vurğulayıb.
Cənubi Koreya Prezidenti etiraf edib ki, sərhəddə təbliğat yayımının dayandırılmasına Şimali Koreyanın reaksiyası onun gözlədiyindən daha sürətli və təsirli olub. Cənubi Koreya liderinin göstərişi ilə səsgücləndiricilər susdurulub, cavab olaraq isə KXDR öz aparatlarından yayılan səs-küyü dayandırıb. “Reaksiya çox tez və gözləntilərdən üstün oldu,” – deyə Li Cae Myon bildirib.