Şahbaz Şərif Azərbaycana yenidən rəsmi səfərə gəlir

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana yenidən rəsmi səfərə gəlir.
AFN.az “The Pakistan Times”in yaydığı məlumata istinadən xəbər verir ki, Şahbaz Şərifin səfəri iki gün davam edəcək. O, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə qatılacaq.
Səfər çərçivəsində Baş naziri onun müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, informasiya və yayım naziri Attaullah Tarar, eləcə də xüsusi köməkçisi Tarik Fatemi müşayiət edirlər.
Şərifin sammit zamanı bir sıra ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.