Qanada M çiçəyi virusuna yoluxma halları 133-ə yüksəldi


Qərbi Afrika ölkələrindən biri olan Qanada M çiçəyi (mpox) virusuna yoluxma hallarının sayı 133-ə çatıb.



Qana Səhiyyə Xidmətinin yaydığı açıqlamada ölkənin 10 vilayətinə aid 46 bölgəsində M çiçəyi virusunun yayılmağa davam etdiyi bildirilib.



Açıqlamada qeyd olunub ki, son bir həftə ərzində ölkədə 14 yeni M çiçəyi yoluxması qeydə alınıb və bununla da may ayından bəri ümumi yoluxma sayı 133-ə yüksəlib.



QSX-nin bütün zəruri tədbirlərin görüldüyünə əmin olmaq üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.



Qeyd edək ki, Qana hökuməti 19 may tarixində bu il ilk dəfə 4 nəfərdə M çiçəyi virusunun aşkarlanması barədə məlumat vermişdi.



Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qrupuna daxil olanlar üçün vaksinasiya kampaniyasına start verilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu