Bu il Nigeriyada 39 meymun çiçəyi hadisəsi aşkarlanıb


Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada bu il ümumilikdə 39 meymun çiçəyi virusu aşkar edilib.


Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə meymun çiçəyi virusuna yoluxma halları ilə bağlı jurnalistlərə açıqlama verib.

İdris bildirib ki, ilin əvvəlindən ölkənin müxtəlif ştatlarında 39 meymuna yoluxma halı aşkarlanıb.

Ölkədə bu virusa görə can itkisinin olmadığını qeyd edən direktor NCDC-nin meymun çiçəyi virusuna qarşı cavab tədbirlərini koordinasiya etməyə davam etdiyini söyləyib.

İdris, NCDC-nin də yüksək riskli qruplar üçün peyvənd etməyi planlaşdırdığını deyib: "Nigeriya 10 min doza Jynneos peyvəndi almağı gözləyir".

Nigeriya hökuməti meymun çiçəyi xəstəliyinin yayılmasının qarşısını almaqdan ötrü beynəlxalq səyahətçilər üçün sağlamlıq bəyannaməsi forması hazırlayıb.

Afrika Birliyi Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı bütün qitə miqyasında səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu