ÜST: Meymun çiçəyi beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq vəziyyətidir


Meymun çiçəyi virusu beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq vəziyyətidir.


AFN.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O, ÜST-nin təşkil etdiyi Fövqəladə Komitənin iclasından sonra meymun çiçəyi virusunun (Mpox) Afrika və digər regionlarda daha da beynəlxalq yayılması potensialı ilə bağlı qiymətləndirmələr aparıb.

Konqo Demokratik Respublikasında 10 ildən artıqdır ki, meymun çiçəyi virusuna yoluxma hallarının qeydə alındığını qeyd edən Qebreyesus, hər il müşahidə olunan hadisələrin sayında davamlı artım olduğunu qeyd edib.

"Keçən il qeydə alınan yoluxmaların sayı əhəmiyyətli dərəcədə artıb. Bu il indiyədək qeydə alınan yoluxmaların sayı 14 mini keçib. Xəstəliklə bağlı 524 ölüm hadisəsi baş verib ki, bu da keçən ilki cəmini artıq keçib" - deyə baş direktor vurğulayıb.

ÜST baş direktoru Keçən həftə Konqo Demokratik Respublikasında və Afrikanın digər ölkələrində meymun çiçəyi hadisələrinin artmasını qiymətləndirmək üçün Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində Fövqəladə Komitə toplayacağını bildirdiyini xatırladıb. O, bildirib ki, ÜST-nin Fövqəladə Hallar Komitəsi toplanıb: "Bu gün və vəziyyətin beynəlxalq əhəmiyyətli bir ictimai sağlamlıq fövqəladə vəziyyəti təşkil etdiyini mənə bildirdi. Mən bu tövsiyəni qəbul etdim".

Qebreyesus həmçinin qeyd edib ki, komitənin tövsiyəsi Afrika Birliyinin Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı bütün qitə miqyasında ictimai səhiyyə fövqəladə vəziyyət elan etməsinə uyğundur.

"Monkeypox" virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın yayılmasının ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu