Tramp: Rusiya cavab verməsə, üçtərəfli görüş olmayacaq


ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Putin, Tramp və Vladimir Zelenskinin iştirakı ilə nəzərdə tutulan üçtərəfli görüş yalnız Vaşinqtonun Ukrayna üzrə suallarına Moskvanın cavab verməsi halında baş tutacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Con Kennedi İfaçılıq Mərkəzinə səfəri zamanı jurnalistlərə açıqlama verib. “İkinci görüşün birincidən daha məhsuldar olacağına böyük şans var. Amma birinci görüş dərhal münaqişəni dayandırmasa da, vacib anlaşmalar əldə oluna bilər”, – deyə ABŞ lideri bildirib.



O qeyd edib ki, əgər lazımi cavablar alınmasa, ikinci görüş keçirilməyəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu