BDU-da süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

28-31 oktyabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində (BDU) Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək.
AFN.az xəbər verir ki, bununla bağlı BDU, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası (TÜBA) arasında razılığa gəlinib və müvafiq protokol imzalanıb.
Əməkdaşlıq barədə BDU rektoru Elçin Babayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker müzakirələr aparıblar.
Tədbirə türkdilli dövlətlərin ali təhsil müəssisələri və elmi qurumlarından mütəxəssislər, həmçinin bir sıra Avropa və Asiya ölkələrindən tanınmış alimlər qatılacaq.
Oktyabrın 28-29-da süni intellektin etikası üzrə elmi konfrans, oktyabrın 30-31-də isə təhsilalanlar üçün Payız Məktəbi keçiriləcək.