Everestdə 10 ildən sonra bir ilk - Qiymət artırılır


Nepal turizmi canlandırmaq məqsədilə Himalaylardakı 97 zirvəni iki il müddətinə pulsuz dırmanışa açıb. Everest dağına dırmanış haqqı isə 10 ildən sonra ilk dəfə artırılır.



Nepal Turizm İdarəsinin məlumatına görə, qarşıdakı iki il ərzində 97 zirvəyə pulsuz çıxış imkanı veriləcək. Dünyanın ən hündür dağı Everestə dırmanış üçün ödənişlər isə sentyabr ayından etibarən təxminən 10 ildən sonra ilk dəfə artırılacaq. Zirvə mövsümündə qiymətin 15 min ABŞ dollarına yüksələcəyi açıqlanıb.



Rəsmi qurum bu təşəbbüsün ölkənin kəşf edilməmiş turizm potensialını və məkanlarını önə çıxarmağı hədəflədiyini bildirib.



Qeyd edək ki, dünyanın ən yüksək 10 dağından 8-nə ev sahibliyi edən Nepal üçün dağçılıq mühüm gəlir mənbəyidir. Ötən il dırmanış icazələrindən 5,9 milyon dollar gəlir əldə olunub ki, bunun dörddə üçündən çoxu Everestdən gəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu