Nepal Everest alpinistlərinə GPS məcburiyyəti tətbiq etdi


Everest zirvəsinə qalxan alpinistlərin yollarını itirmələrinin və ya uçqun nəticəsində həyatını itirmələrinin qarşısını almaq üçün Nepal hakimiyyəti alpinistlər üçün GPS izləmə cihazlarını məcburi edib.



İnsanlar dünyanın ən hündür dağı olan Everestə qalxmaq üçün dünyanın müxtəlif yerlərindən gəlirlər. Dünyanın zirvəsinə qalxan alpinistlərin yolunu azmasından və ya uçqun nəticəsində həlak olmasından sonra Nepal hakimiyyəti alpinistlər üçün GPS izləmə cihazlarını məcburi edib.

Nepal səlahiyyətliləri alpinistlərin elektrik enerjisi tələb etməyən və gödəkçələrinin içərisində daşına bilən kiçik, passiv GPS izləmə cihazı daşımalı olduqlarına qərar verdi.

Qarda 20 metrə qədər təsbit edilə bilən cihazlar sayəsində can itkisinin qarşısının alınması hədəflənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu