Meksikanın ən yüksək dağına çıxan alpinistlər yıxılaraq həlak olublar
Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq ölüb.
Puebla ştatının mülki müdafiə idarəsi 5675 metr yüksəklikdəki dağa qalxan alpinistlərin ölümü ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, 4 nəfər yıxılaraq həyatını itirib.
Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar.
2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin qarda basdırılmış cəsədini tapıb.
2017-ci ildə Piko de Orizabada bir amerikalı ölüb.
ABŞ-ın Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyasının üzvünün dağa qalxarkən öldüyünü açıqlamışdı.