İranda qar uçqunu nəticəsində 5 alpinist ölüb, 9-u itkin düşüb


Bir qrup alpinist İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu altında qalıb, bəziləri həlak olub.


Bu barədə "Mehr" xəbər agentliyi məlumat verib.

Qeyd olunur ki, faciə cümə axşamı baş verib.

Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.

Üç nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu