Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub


Qırğızıstanın İssık-Kul vilayətinin dağlarında 4 çex turist qar uçqunu nəticəsində həlak olub.



Bu barədə fevralın 26-da Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, faciə Cırqalan kəndi yaxınlığındakı yüksək dağlıq Tülpar-Taş otlaq sahəsində baş verib. Orada Çexiya və Slovakiyadan olan 23 turist xizək sürürdü.

"Gün ərzində böyük qar uçqunu baş verib, nəticədə dörd Çexiya vətəndaşı həlak olub", - RİA Novosti-nin Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatda deyilib.

Ölənlərin cəsədləri digər turistlər tərəfindən çıxarılıb. Onlar daha sonra daşınma üçün xilasetmə yardımı istəyiblər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu