Qırğızıstanda daşqın: İssık Kul vilayətində 92 evə ziyan dəyib


Qırğızıstanın şimalında İssık-Kul bölgəsində güclü leysandan sonra baş verən sel nəticəsində 92 kənd evi ziyan görüb.


Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İssık-Kul vilayətinin Tube rayonunun Taldı-Suu, Köçu və Korumdu kəndlərində leysan daşqınları şiddətli daşqınlara səbəb olub.

Daşqının təsirli olduğu üç kənddə 92 evə və daxili yollara ziyan dəyib, daşqından sonra rayonda 103 nəfər şəxsi heyət 7 texnika ilə təmizlik işlərinə qatılıb.

Açıqlamada dünən yerli vaxtla saat 15.30 radələrində ölkənin cənubundakı Çon-Sai kəndinə yağan qısamüddətli leysan nəticəsində baş verən daşqından sonra təxliyə və təmizləmə işlərinin davam etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu