İndoneziyada vulkan püskürməsi nəticəsində 11 alpinist həlak olub


İndoneziyanın Sumatra adasındakı Marapi vulkanının püskürməsindən sonra bölgədəki 75 alpinistdən 11-nin meyiti tapılıb.



İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında dünən partlayış baş verib. Səlahiyyətlilər vulkanın lava və kül püskürdüyü zaman bölgədə olan 11 alpinistin bu gün ölü tapıldığını açıqlayıb.

İtkin düşən 12 alpinist üçün axtarış işlərinə başlanarkən, partlayış zamanı bölgədə 75 alpinistin olduğu və indiyədək 3 alpinistin sağ tapıldığı qeyd edilib.

Bu gün Marapi vulkanında daha bir kiçik püskürmə ilə əlaqədar itkin düşən alpinistlərin axtarışları müvəqqəti olaraq dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu