İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb


İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində azı 11 nəfər ölüb.


Bu barədə Reuters xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 3 nəfər salamat tapılıb, daha 12 nəfər itkin düşmüş hesab olunur.

Dekabrın 3-də Sumatrada Marapi vulkanı püskürüb. İlkin məlumatlara görə, vulkan 15 min metrdən çox hündürlüyə kül atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu