Pakistanda 6-cı meymun çiçəyi xəstəliyi aşkarlanıb


Pakistanda meymun çiçəyi virusuna yoluxma hallarının sayı 6-ya yüksəlib.



Pakistan Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən bir müddət əvvəl qayıdan şəxsdə meymun çiçəyi (mpox) virusu aşkar edilib.

Bildirilib ki, bu şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.

Pakistanda aşkarlanan 6 yoluxmanın ölkə xaricindən gələn şəxslərdə aşkarlandığı bildirilib.

Qeyd edək ki, meymun çiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu